Bakıda işıqlar niyə sönüb?

  • 27.02.2020
  • 0

Xəbər verdiyimiz kimi, bir neçə dəqiqə öncə Bakının bir hissəsinin elektrik enerjisi ilə təchizatında problem yaranıb.

BAKU.WS-in məlumatına görə, məsələ ilə bağlı "Azərişıq” ASC-dən bildirilib ki, 110 kilovoltluq stansiyada baş verən təkan nəticəsində Bakının bir hissəsinə elektrik enerjisinin verilməsində qısa fasilə yaranıb.

"Azərişiq" ACS-dən "APA-Economics"ə verilən məlumata görə, hazırda problem aradan qaldırılıb və elektrik enerjisinin ümumi şəbəkəyə verilməsi hissə-hissə bərpa olunur.

Nə düşünürsən?