Söküntü səbəbi ilə səki zəbt edilib, piyadalar yol ilə hərəkət edir

  • 27.02.2020
  • 0

Oxucumuzdan “Qaynar xətt”imizə verilən məlumata görə Rəşid Behbudov küçəsi 104C ünvanında yerləşən binada söküntü işləri getdiyi üçün binanın sözügedən küçəyə baxan hissəsində səkini hasara alıblar. Bu səbəbdən həmin səki ilə hərəkət edən piyadalar səkinin hasarlanmış hissəsindən keçə bilmədikləri üçün nəqliyyat vasitələrinin şütüdüyü yola çıxmaq və yollarına bu şəkildə davam etmək məcburiyyətində qalırlar. Bu isə piyadaların həyatına təhlükə yaradır.

 

Aidiyyatı qurumların bu məsələni nəzarətə götürəcəyini və lazımı tədbirləri görəcəklərini ümid edirik.

 

Sözügedən ərazidən oxucumuz tərəfindən bizə qeydə alınaraq göndərilən görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?