Xalq artisti 3 milyona satışa çıxardığı lüks villaları barədə danışdı

  • 27.02.2020
  • 714 baxış
  • 0

"Baksovet"də nə əziyyətlə aldığım o evi müzakirə edirlər.


Sfera.az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "Şou ATV"nin efirində deyib.


53 yaşlı aktrisa efirdən evini, imkanını müzakirə edənlərə müraciət edib:

"O vaxtı mənim nə yaşım var idi?! Çox cavan idim. Bütün rayon camaatı yaxşı bilir ki, toylara görə səhər-axşam paltarkəsdi, xınayaxdı olurdu. 17-18 yaşımda mən gənclik illərimi yaşamamışam, sevgi, məhəbbət nə olduğunu bilmədim. Mən çalışıb özüm, pullarımı yığırdım, lotereya oynayırdım. Ağlım var idi, əzizlərim. Mən də gələrdim o dəqiqə maşın götürüb özümü göstərərdim. Yox, mən balaca bir ev aldım. Sonra onu iki otaq böyütdük. Yəni, hissə-hissə. Sonra maşın aldım, hər şeyi özüm ağlımla, yığaraqdan, düşünərəkdən etdim. Borca heç nəyim yoxdur. Mən nəyim var ona qane oluram. Hər şey göründüyü kimi böyük görünməsin. Hər böyüyün arxasında bir əziyyət, zəhmət var. Mənim problemim də var. Heç kimə öz əziyyətimi, ağrımağımı göstərmək istəmirəm. Çünki mən sizin qarşınıza obrazlarla gəlmişəm". 


Xatırladaq ki, keçən ilin sonlarında mediada Xalq artistinin 3 milyona satışa çıxardığı villası ilə bağlı xəbərlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. (milli.az)

Nə düşünürsən?