“Həkim olmaq istəyirəm” piyada uşağın son sözləri

  • 27.02.2020
  • 0

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yol qəza hadisələrinin aşağı düşməsi və bununla bağlı təbliğat işinin gücləndirilməsi məqsədi ilə sosial çarxı sizin diqqətinizə təqdim edir. Eyni zamanda sosial çarxın çəkilişində iştirak edən rejisorlara, aktyorlara öz təşəkkürünü bildirir.

YPX.AZ xəbər verir ki, sosial çarxın hazırlanmasında əsas məqsəd sürücüləri sükan arxasında diqqətli olmağa və telefon istifadə etməməyə təşviq edərək qəzaların qarşısını almaqdır. 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov hər bir hərəkət iştirakçısının diqqətli və məsuliyyətli olmalı olduğunu bildirib. 

 

Polkovnik bu yönümdə hazırlanmış maarifləndirici video çarxı redaksiyamıza təqdim edib. 

 

Video çarxda xanım sürücünün sükan arxasında telefon istifadə etməsi və bu səbəbdən sürücüdə yaranan diqqətsizlik nəticəsində avtomobilin sürətinin artması və piyada keçidinə çıxan azyaşlı qızı görməməsi əks olunur.

 

Xanım sürücünün piyada keçidində vurduğu azyaşlı qızın inşa dəftərində isə “Mən böyüyəndə həkim olacam.” -deyə qeyd olunması əslində məsələnin mahiyyətinin izləyənlərə necə önəmli olduğunu çatdırır.

 

Polkovnik Vaqif Əsədov əlavə olaraq bildirib ki:

“Yol Hərəkəti haqqında Qanunun tələbi pozulursa yol polisləri tərəfindən inzibati tənbeh tədbirləri həyata keçirilir ki, təhlükəsizlik təmin edilsin. Lakin yol hərəkətində təhlükəsizliyin tam təmin edilməsi üçün hər bir hərəkət iştirakçısı diqqətli olmalıdır və düşünməlidir ki qaydaları öyrənmək, əməl etmək və başqalarından da bunu tələb etmək lazımdır. Beləliklə də minlərlə insanın yol nəqliyyat hadisələrindən həyat və sağlamlığının qorunmasında cəmiyyətimizin heç bir üzvü kənarda qalmamalıdır.”

Həmin maarifləndirici video çarxı sizlərə təqdim edirik:

 

 

Nə düşünürsən?