Qaxda tütün istehsalı məntəqəsinin müdiri yol qəzasının qurbanı oldu

  • 27.02.2020
  • 0

Axşam saatlarında Qax şəhəri ərazisində 70 yaşlı Məmmədəli  Soltanov yolu keçmək istəyən zaman “VAZ” markalı minik avtomobili tərəfindən vurulub.

YPX.AZ xəbər verir ki, qəza zamanı ağır bədən xəsarətləri alan Məmmədəli Soltanov Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirildikdən bir qədər sonra keçinib. Qeyd edək ki, dünyasını dəyişən Məmmədəli Soltanov uzun illər Qax Tütün İstehsalı və Emalı Məntəqəsinin müdiri vəzifəsində çalışıb.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Nə düşünürsən?