Nadir hall olsa da qayda pozduğunu anlayıb üzürxaqlıq etdi

  • 27.02.2020
  • 0

Dairəyə daxil olaraq digər nəqliyyat vasitəsinin yolunu kəsən sürücü yanlış etdiyini anlayıb üzürxaqlıq etdi.

 

YPX.AZ xəbər verir ki, “BMW” markalı avtomobilin sürücüsü ikinci dərəcəli yoldan dairəyə daxil olaraq baş yol ilə hərəkət edən nəqliyyat vasitəsinin qarşısına çıxır. Nəqliyyat vasitəsinin hərəkətinə çətinlik yaradan “BMW” markalı avtomobilin sürücüsü etdiyi yanlışı anlayır və üzürxaqlıq edir.

 

Qayda pozan sürücülərin yetərincə olduğunu və çoxunun qayda pozuntusundan sonra özünə haqq qazandırmağa çalışması, saymazyana hərəkətlər etməsi halları yollarımızda yetərincədir. Ancaq ən azından bir sürücünün etdiyini anlaması və təqdim etdiyimiz görüntüdə əks olunduğu kimi üzürxaqlıq etməsi təqdirəlayiqdir. Hər kəs səhf edə bilər, önəmli olan bunu anlamaq, bir də etməməyə çalışmaq və narahatçılıq etdiyin sürücüdən üzr istəməyi bacarmaqdır.

 

Sözügedən görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?