Azərbaycanda gecə baş vermiş bu hadisə kameraya düşüb: Polis ayaq üstədir

  • 27.02.2020
  • 0

Azərbaycanda avtomobil oğurluğu anbaan kameraya düşüb.


Oxu24.com Femida.az saytına istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhəri, 3-cü mikrarayon ərazisində  baş verib.


Rəsulov Cahid Rəhman oğluna məxsus 50 DF 398 dövlət nömrə qeydiyyat nişanlı avtomobil yaşadığı evin həyətindən oğurlanıb.


Maşın sahibinin sözlərinə  görə, hadisə fevralın 23-dən 24-nə keçən gecə saat 03:54 radələrində baş verib.


Oğurluq anının görüntülərini saytımıza təqdim edən  avtomobilin sahibi bildirib ki, bu maşını əziyyətlə əldə edib. O, avtomobilinin tapılması üçün insanlardan kömək istəyib.


Xatırladaq ki, hadisə ilə bağlı polisə məlumat verilib.


Avtomobilin görüntülərini təqdim edirik:

Nə düşünürsən?