Arvadının yatdığı yerdə başını kəsdi -Hadisə yerindən şok görüntü

  • 27.02.2020
  • 0

APA Tv-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri ərazisində yerləşən Sənaye zonasında baş verib.


Şirvan şəhərində məskunlaşan Ağdam rayon sakini, 1984-cü il təvəllüdlü Nağıyev Sahib İdris oğlu ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı - Zəngilan rayon sakini, 1986-cı il təvəllüdlü Nağıyeva Pərvanə Vaqif qızını yaşadıqları mənzilin yataq otağında qətlə yetirib. 


Həyat yoldaşını çarpayıda  yatdığı halda boğaz nahiyəsinin əsas damarını bıçaqla kəsib. Çoxlu qan itirən Pərvanə Nağıyeva hadisə yerində keçinib. 


Onun meyiti müayinə olunmaq üçün Şirvan Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə yerləşdirilib. 


Sahib Nağıyev qətli törətdikdən sonra könüllü olaraq polisə təslim olub.

Qeyd edək ki, Pərvanə Nağıyeva 2 uşaq anası olub. Qətlin hansı səbəbdən baş verdiyi aydınlaşdırılır. 


Faktla bağlı Şirvan şəhər Prokurorluğu tərəfindən istintaq araşdırmaları aparılır.

Nə düşünürsən?