Boşanan qadın sevincindən kabab qonaqlığı verdi

  • 30.12.2017
  • 1

“Kim xoşbəxt deyilsə mənim kimi boşansın, belə daha yaxşıdır” Türkiyənin Bursa şəhərində maraqlı hadisə baş verib. Minval.info xəbər verir ki, 17 aylıq boşanma prosesindən sonra istəyinə çatan 28 yaşlı Tuğba Doğan adlı qadın sevincini avtomobilinə “Boşandım, çox xoşbəxtəm” yazaraq göstərib. O, həmçinin dostlarını başına yığaraq kabab qonaqlığı da verib. Yerli mediaya açıqlama verən T.Doğan deyib ki, insanlar səhv edə bilər: “Mən də səhv etdim, evləndim və indi də çətinliklə də olsa boşandım. Kim xoşbəxt deyilsə mənim kimi boşansın, belə daha yaxşıdır”. Minval.info

Nə düşünürsən?