Koronavirusun faydaları

  • 26.02.2020
  • 0

Koronavirusun faydaları

Rəsmi adı ilə yeni tipli pnevmoniya COVID-19, geniş yayılmış adı ilə isə 2019-nCoV koronavirusunun yayılması 2019-cu ilin dekabr ayından başlanıb. Həmin vaxt Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması faktı qeydə alınıb. 31 dekabr 2019-cu ildə isə Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına rəsmi şəkildə məlumat verib.

22 yanvar 2020-ci il tarixindən etibarən Uhana karantin qoyulub. İki gün sonra – 24 yanvar tarixindən etibarən Uhana bitişik olan Huanqan, Eçjou, Çibi və Çjitsyan şəhər rayonlarına karantin tətbiq edilib.

Bu videonu hazırladığım tarixə qədər koronavirus dünyanın 36 ölkəsində yayılıb. Bu virusa yoluxanların sayı 79,439 nəfərdir. Ölənlərin sayı 2620 nəfər olub. Rəsmi məlumatlara görə 24.978 nəfər isə indiyə qədər bu xəstəlikdən sağalıblar.

İlin əvvəlindən bəri əsas qlobal hadisəyə çevrilən koronavirus epidemiyası böyük məbləğdə iqtisadi zərərə və Çinin nəqliyyat təcridinə səbəb olub. Hazırda dünyada koronavirus kabusunun yaşanmasına baxmayaraq, onun müəyyən mənada faydalarını da qeyd etmək mümkündür.

İlk növbədə planetimizin ekologiyası baxımından gözlənilməz və təəccüblü dərəcədə müsbət nəticələrin olduğunu qeyd etmək olar. Belə ki, Çin koronavirusa qarşı mübarizə apararkən, ölkədə enerji istehlakının azalması və sənaye istehsalının yavaşlaması baş verib ki, bunun da nəticəsində karbon qazı tullantıları azı 4 dəfə azalıb. Çində elektrik istehlakının və sənaye istehsalının azalması ilə karbohidrogen yanacağının yanması dərəcəsi də aşağı düşüb. Nəticədə atmosferə təsir edən zərərli tullantılar da azalıb.

Koronavirusun faydaları ilə bağlı Finlandiyanın havanın çirklənməsinə diqqət yetirən müstəqil təşkilatlarından biri olan  Enerji və Təmiz Hava Araşdırmaları Mərkəzinin mütəxəssisi Lauri Millivirtanın bir araşdırması da maraqlı nəticələr doğurub. Həmin tədqiqat ilə Çində koronavirusun yayılması fonunda düşən bir neçə iqtisadi göstərici təhlil edilib. Məlum olub ki, ölkənin elektrik stansiyalarında kömür yanması son dörd il ilə müqayisədə ən aşağı səviyyədədir. Bundan başqa, Şandonq əyalətindəki fabriklərdə neft emalı 2015-ci ildən bəri minimum səviyyəyə düşüb. Daxili hava nəqliyyatının həcmi də 70 faiz azalıb.

Ümumiyyətlə, koronovirus epidemiyasının fəsadları ilə mübarizə tədbirləri Çin sənayesinin əsas sektorlarında 15 faizdən 40 faizə qədər azalmaya səbəb olub ki, bu da planetimizin havasına yaxşı mənada təsir edib.



TarPas kanalının təqdimatı: https://youtu.be/xtoXlnTmCQw


TarPas kanalı "bax.tv"də: https://bax.tv/az-channel/605.html

TarPas "twitter"də: https://twitter.com/Cekli829


Tövsiyə etdiyim videolarım:

➡Missisipidə doğulub, İstanbulda ölən unikal insan – Qara Rus – Frederik Brüs Tomas https://youtu.be/350YFZ5rfPA

➡Gözəl kimdir? | 18+2 ölkədə gözəllik kriteriyaları | Qeyri-səlis məntiqin yaranması https://youtu.be/0a5w3gD5nMs

➡Hallabonq / Dekopon nədir? Portağal, yoxsa mandarin? Azərbaycan onu əkən 5-ci ölkədir https://youtu.be/E1ztUz7wPro

➡Toy ildönümləri https://youtu.be/Nu4ID4l1YV0

➡Oktoberfest — Almaniyada hər il keçirilən pivə festivalı https://youtu.be/WVa9JrUv8ak

➡Kahin Şipton Ananın həyatı | Nostradamus, Vanqa və başqalarından da qüdrətli kahin - II hissə https://youtu.be/RQOGD2_cwMk

➡Əjdaha meyvəsi / Pitahaya, Pitaya, Kaktus meyvəsi, Ejder meyvesi, Dragon fruit - Tropik superqida https://youtu.be/8fMJ2nTzYNw

➡Yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana / Rosh Hashanah / ראש השנה https://youtu.be/zXYVomBFJRw

➡Ge Hinnom vadisi – Bu Dünyadakı cəhənnəm, tarix boyu dünyanın ən qorxulu yeri https://youtu.be/VWOiTLOBcno

➡Ölülər Günü / Latın Amerikasında – əsasən də Meksika, Qvatemala, Honduras və Salvadorda qeyd olunur https://youtu.be/lL-zRmz1iSM

➡İmza nədir? 100 məşhur şəxsin imzası https://youtu.be/1Z0ibH1Y4OY

➡Yapon əzgili - Yeni dünya meyvəsi / Muşmula və onun faydaları https://youtu.be/JkX4r3Z2NSs

➡Kinkan meyvəsinin faydaları https://youtu.be/FUn-0l8skTI

➡Qubada futbol https://youtu.be/GTifozD-Mlk


Musiqi: YouTube Library

Resolver NEW 3:22 Amulets Sinematik | Tünd

Fun in the Sun NEW 2:42 Chris Haugen Rok | Xoşbəxt

Nə düşünürsən?