Bu il 7 mindən çox məcburi köçkün ailəsinə mənzil veriləcək

  • 26.02.2020
  • 8 baxış
  • 0

Bu il ərzində 7 mindən artıq məcburi köçkün ailəsinə mənzil veriləcək.

Xezerxeber.az-ın məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında deyib.

Sədr bildirib ki, bu il evlər əsasən Bakıda və Abşeron ərazisində paylanılacaq. Mənzillərin tikintisi üçün ölkə başçısı tərəfindən kifayət qədər maliyyə vəsaiti ayrılıb.

Komitə sədri əlavə edib ki, köçürülmə işləri mərhələli şəkildə baş tutacaq. Onun sözlərinə görə, hazırda Bakıda 24 minədək ağır şəraitdə yaşayan ailə mövcuddur. Onların əksəriyyəti məktəb, bağça, yarımtikili, yataqxana və pansionatlarda yaşayırlar. Bakı və Abşeronla yanaşı, bölgələrdə də məcburi köçkünlər üçün nəzərdə tutulan tikintilər davam etdirilir.

Nə düşünürsən?