Sayrışan işıq görüb “həvəslənən”ləri sürücü cəzalandırdı

  • 26.02.2020
  • 0

Operativ nəqliyyat vasitələrinin əks yola çıxmalarından istifadə edib əks yola çıxan sürücüləri başqa bir sürücü cəzalandırdı.

 

YPX.AZ xəbər verir ki, bir sürücü Gülarə Qədirbəyova küçəsi ilə hərəkətdə olan zaman sayrışan işıqlarını yandıraraq əks yol ilə gələn operativ nəqliyyat vasitələrini görür və avtomobilini yolun sağ kənar hissəsinə çəkərək onlara yol verir. Daha sonra öz hərəkət zolağına qayıdaraq hərəkətə davam etmək istəyən sürücü operativ nəqliyyat vasitələrinin ardı ilə qoşa xəttin tələbini pozaraq əks yola çıxmış nəqliyyat vasitələrini görür və asta-asta onların üzərinə gedərək öz hərəkət zolaqlarına qayıtmalarına məcbur edir.

 

Bu görüntülər qayda pozan sürücüləri cəzalandıran sürücünün videoqeydiyatçısı tərəfindən qeydə alınıb.

 

Əks yola çıxaraq qayda pozan avtomobillərin dövlət qeydiyyat nişanları və markaları: 

 

99 CB 790 “Mercedes”

90 DG 969 “Ford”

90 KU 097 “Chevrolet”

99 VS 633 “Mercedes”

99 LJ 653 “Hyundai”

K 000 006 “İnfinity”

10 SV 833 “Mercedes”

10 SN 120 “Ford”

 

Həmin görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?