Azərbaycanın sabiq Daxili İşlər naziri İsgəndər Həmidov vəfat edib.
APA TV xəbər verir ki, bu barədə Tibb elmləri doktoru, professor Adil Qeybulla məlumat verib.
Qeyd edək ki, yanvarın 24-də İsgəndər Həmidovun halı qəflətən pisləşib və o, huşunu itirib. Əvvəlcə Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən İsgəndər Həmidov sonradan “Bakı City Hospital”a köçürülmüşdü.
Xatırladaq ki, İsgəndər Həmidov 1948-ci il oktyabrın 4-də Kəlbəcər rayonunda anadan olub. 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Azərbaycanın Daxili İşlər naziri vəzifəsində çalışıb.