Prospektdə yolu keçmək istəyən piyada həyatını təhlükəyə atıb

  • 26.02.2020
  • 0

Heydər Əliyev prospekti, Koroğlu m/st-nın qarşısında yolu keçmək istəyən piyada həyatını təhlükəyə atıb.


YPX.AZ xəbər verir ki, Prospektin Koroğlu m/st yaxınlığında yeraltı keçid olmasına baxmayaraq sürət həddinin 90 km/saat olduğu yolu keçiddən istifadə etmədən, avtomobillərin hərəkət zolaqlarını adlayaraq keçib. 


Xanım piyadanın bu təhlükəli addımı hərəkət iştirakçılarından biri tərəfindən video qeydə alınıb.


Qeyd edək ki, bu kimi addımlar sizi və nəqliyyat iştirakçılarını təhlükəyə atır.


Həmin görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?