1000 nəfərin olduğu otel binası mühasirəyə alındı - Onlarla polis əraziyə yeridildi

  • 26.02.2020
  • 0

İspaniyanın Tenerife şəhərində koronavirusla bağlı nəzarətə götürülən məşhur oteldə müayinələr davam edir.

Mühasirəyə alınan binadan müştərilərin çıxmasına icazə verilmir. Çox sayda polis binanın ətrafında təhlükəsizliyi təmin edir. Məlumata görə, oteldə 1000 nəfər var. İlk müayinələrə görə, hələki virus əlamətlərinə rast gəlinməyib.

Qeyd edək ki, İtaliyadan Tenerifiyə tətil etmək üçün gələn doktorda koronavirus aşkarlanıb. Doktor oteldə qaldığı üçün bina nəzarətə götürülüb./publika.az

Nə düşünürsən?