İran prezidenti koronavirusdan danışdı

  • 25.02.2020
  • 0

İran prezidenti Həsən Ruhani ölkəsində 15 nəfərin həyatına son qoyan koronavirus infeksiyasından danışıb.


“Report” “CNNTürk”ə istinadən xəbər verir ki, hökumət başçısı ölkəsinin epidemiyanın öhdəsindən gələcəyini bildirib.


“Koronavirus “B” qripindən təhlükəli deyil. Biz onun öhdəsindən gəldik, koronavirusun da öhdəsindən gələcəyik. Koronavirus dəvət olunmamış qonaq kimi gəlib və bütün ölkələrə yayılıb”, - o qeyd edib.


H.Ruhani virusun yayılmasından sui-istifadə edənlərdən də bəhs edib: “Heç kəs bu olayı pis niyyətlə istifadə etməməlidir.

Nə düşünürsən?