Gəncədə soyğunçuluq edən iki nəfər saxlanılıb

  • 25.02.2020
  • 0

Gəncə şəhərində soyğunçuluq edən iki nəfər saxlanıb. Xezerxeber.az-ın məlumatına görə, Ağdam sakini 26 yaşlı Əyyub Razimço və Bərdə sakini 23 yaşlı Surxay Həsənov Gəncə şəhər sakini Elnarə Əhmədovaya qarşı soyğunçuluq etməkdə şübhəli bilinirlər. Həmin şəxslər qadını izləyərək yaşadığı binanın qarşısında zor tətbiq etməklə onun boyunbağısını ələ keçiriblər. Bir müddət qonşu binada gizlənən soyğunçular daha sonra yaşadıqları rayona getsələr də, məsuliyyətdən qaça bilməyiblər. Artıq soyğunçuluq yolu ilə əldə edilən boyunbağı tapılaraq maddi sübut kimi tanınıb. Saxlanan Əyyub Razimçonun sözlərinə görə, həmin boyunbağını Bərdə şəhərində cinayət ortağının qohumuna 2300 manata satıb. Hazırda hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanıb, istintaq aparılır.

Nə düşünürsən?