Bakı məktəblərində şagird davamiyyəti aşağı düşüb

  • 25.02.2020
  • 19 baxış
  • 0

Bəzi valideynlər bu gün uşaqlarını məktəbə göndərməyiblər.

Xezerxeber.az-ın məlumatına görə, xüsusən də aşağı siniflərdə oxuyan şagirdlərin bəziləri dərsə getməyib.

Təhsil Nazirliyindən koronavirus təhlükəsi ilə əlaqədar orta məktəblərə tapşırıq verilib. Rayon təhsil şöbələrinə ümumi təhsil müəssisələrinin dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchiz olunmasına nəzarətin artırılması, o cümlədən kütləvi tədbirlərin məhdudlaşdırılması göstərişi verilib.

Qeyd edək ki, məktəblərdə koronavirusa qarşı dezinfeskiya işləri ilə yanaşı, şagird və müəllim heyətinin maarifləndirilməsi işləri də həyata keçirilir.

Nə düşünürsən?