İtaliyada "Messi, Messi" şüarı və pizza

  • 25.02.2020
  • 0

 

Çempionlar Liqasının 1/8 finalında bu gecə "Napoli"nin qonağı olacaq "Barselona" İtaliyada böyük izdihamla qarşılanıb.

Sfera.az xəbər verir ki, qarşılaşmanı gözləyən neapollu azarkeşlər Kataloniya klubuna əsl italyan qonaqpərvərliyinin nə olduğunu göstərməyə qərar veriblər. Onlar komandanın üzvlərinin qaldığı oteli mühasirəyə alıblar və "Messi, Messi" şüarı səsləndiriblər. Azarkeşlərdən biri Lionel Messi yazılı pizza da hazırlayıb.

Komanda avtobusla axşam məşqə gedən zaman isə azarkeşlərin sayı daha da artıb.(qol.az)

Nə düşünürsən?