Moldovada "Xocalıya ədalət" adlı fleş-mob keçirildi

  • 25.02.2020
  • 0

Fevralın 25-də Moldovanın Kişinev şəhərində azərbaycan diasporunun nümayəndələri tərəfindən Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı «Xocalıya ədalət» şüarı altında fleş-mob keçirilib. Yürüşdə Moldovanın ayrı-ayrı şəhərlərindən soydaşlarımız iştirak edib.

Aksiya iştirakçıları əllərində Xocalı faciəsini əks etdirən plakatlar, Azərbaycanın bayraqları ilə Kişinyovun mərkəzi Ştefan Çel Mare küçəsindən Ermənistan Səfirliyinə qədər yürüş ediblər. Yol boyu şəhər sakinlərinə iştirakçılar tərəfindən Xocalı faciəsinə aid məlumatlandırıcı bukletlər paylanılıb. Daha sonra yürüş Moldovada BMT-nin və ATƏT-in ofislərinin önündə mitinqlə davam edib. İştirakçılar tərəfindən Xocalı faciəsini tanımaq tələbləri ilə bəyannamələr oxunub.

Tədbir yerli KİV-də geniş işiqlandırılıb.

Fevralın 26-sı Moldovanın Tarix muzeyində Azərbaycan Respublikasının bu ölkədə Səfirliyi və Moldova Azərbaycan Konqresinin təşkilatçılığı ilə Moldova

hakimiyət nüməyəndələri, ictimai xadimlər, tarixçilər və siyasətçilərin iştirakı ilə Xocalı soyqırımına həsr olunmuş böyük konfrans keçiriləcəkdir.

Nə düşünürsən?