Güclü külək Azərbaycanda fəsadlar törətdi

  • 25.02.2020
  • 0

Ağcabədidə güclü külək toy çadırını uçurub.


APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, rayonun Hacılar kəndində baş verib. Həsən Kərimovun övladı üçün qurduğu toy çadırını uçuran külək məclisin yarımçıq qalmasına səbəb olub. 


Güclü külək Ağdam, Tərtər və Bərdə rayonlarında da fəsadlar törədib. 


Təbi fəlakət nəticəsində evlərin və tikililərin dam örtüyü, daş və dəmir hasarlar uçub. 


Böyük ağaclar qırılaraq elektrik naqillərinin üzərinə düşüb. Nəticədə elektrik dirəkləri aşıb, naqillər qırılıb. Bu səbəbdən yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsi dayandırılıb.


Bundan başqa, Ağdamın Qaradağlı, Zəngişalı və Səfərli qəsəbəsində orta məktəblərin dam örtüyü uçub. 


Tərtər şəhər 6 saylı orta məktəbin dam örtüyünü və rayonun Hacı Qərvənd kəndində bir neçə evin damı da güclü külək nəticəsində uçub. Həmçinin daş hasar “VAZ 21015” markalı avtomobilin üzərinə uçub.  

Nə düşünürsən?