“Ekologiya postu”nu keçən kimi “ara işləyən” sürücü

  • 25.02.2020
  • 0

Bakı-Sumqayıt yolu ilə hərəkətdə olan  avtomobilin sürücüsü kobud qayda pozuntularına yol verib.

YPX.AZ xəbər verir ki, Bakı-Sumqayıt yolu ilə hərəkətdə olan 99 VL 390 dövlət qeydiyyat nişanlı “Renault” markalı avtomobil “Ekologiya postu”nu keçdikdən sonra sürətini artırır və təhlükəli manevrlər edərək hərəkətdə olan nəqliyyat vasitələrinin aralarındakı məsafələr ilə təhlükəli keçidlər edir. 

Qarşıda xidmət aparan YPX inspektorunu görən sürücü sürətini azaldaraq yoluna normal davam etməyə başlayır. 

Qeyd edək ki, avtomobilin dövlət qeydiyyat nişanı çirkli olduğu üçün video görüntüdən aydın görünməsə də videonu qeydə alındığı nəqliyyat vasitəsinin sürücüsü avtomobilin DQN-in 99 VL 390 olduğunu bildirib.

Sözügedən görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?