Küçənin düz ortasına avtomobil park edən sürücü

  • 25.02.2020
  • 0

Bakının mərkəzində sürücü avtomobilini yolun ortasında park edərək hərəkəti məhdudlaşdırıb.


YPX.AZ xəbər verir ki, Səbail rayonu, Mehdi Hüseyn küçəsində 90 HU 980 dövlət qeyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü avtomobilini küçənin düz ortasında park edib. 


Görüntü həmin küçə ilə hərəkət etmək istəyən oxucumuz tərəfindən video qeydə alınıb.


Qeyd edək ki, avtomobili küçənin ortasında park edən sürücü hərəkəti tam məhdudlaşdırıb.


Həmin görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?