Qusarda əməliyyat: Tutulan var

  • 25.02.2020
  • 0

Xaçmazda iki evdən oğurluq edən şəxs saxlanılıb.


DİN mətbuat xidmətinin Quba regional qrupundan Oxu24.com-a verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Xudat şəhəri ərazisində evlərdən iki televizor, xalça, samovar və müşahidə kamerasının yaddaş qurğusunu oğurlayan keçmiş məhkum Vasif Mursaibov saxlanılıb.


Saxlanılan şəxs ev sahiblərinə 2 min manatdan çox ziyan vurub. 


Dindirilmə zamanı əməlini etiraf edən Vasif Mursaibov əşyaları dəyərindən xeyli ucuz qiymətə - 250 manata satdığını bildirib: “Gəzdim, baxdım, yaşayış olmayan iki ev idi. Birinci gecə bir evə girdim. Birindən xalça və televizor götürdüm. İkinci evdən də televizor, xalça və radiator apardım. Bunları planlaşdırmışdım. Əşyaları kənar bir yerdə gizlədib sonra 250 manata satıb xərcləmişəm”.


Polis əməkdaşları tərəfindən əşya və avadanlıqların satıldığı yer müəyyənləşdirilərək, maddi sübut kimi götürülüb.


Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. 

Nə düşünürsən?