Azadlıqda inquş “ qanuni oğru” qalmadı: Sonuncu da həbsə göndərilir

  • 25.02.2020
  • 0

Kriminal iarerxiyada yüksək statusuna görə 2020-ci ildə Rusiyada cinayət məsuliyyətinə cəlb olunan ilk şəxs “qanuni oğru” Musa İnquş olub. 

Cebhe.info Rusiya mətbuatına istinadən bildirir ki, 48 yaşlı Musa Malqasov (İnquş) Nazranda xüsusi əməliyyat nəticəsində yaxalanıb. 

Əslən Nazrandan olan Musa İnquş əvvəllər narkotik satışı, silah saxlama və digər cinayətlərə görə həbsdə olub. O, 2012-ci ildə “oğru” Viktor Rıjenkovun təşəbbüsü ilə “taclandırılıb”. 

Musaya qarşı ittihamı gücləndirmək üçün onun evində axtarış aparılıb. Evindən 10 q narkotik vasitə olan A-PVP tapılıb.

Musa inquşların azadlıqda olan sonuncu “qanuni oğru”su idi. Belə ki, 46 yaşlı Əhməd Evloyev də Moskvada istintaq altında saxlanılır. 29 yaşlı Həmzət Auşev isə təkcə inquşların yox, hətta Rusiyanən ən gənc “oğru”larından biri sayılır. O da Moskvada məhkəmə-psixiatrik ekspertiza xəstəxanasında saxlanılır. 

Nə düşünürsən?