Həkim bahalı avtomobilini “prinsip”ə görə yolun ortasına park etdi

  • 24.02.2020
  • 0

YPX.AZ xəbər verir ki, Nərimanov rayonu ərazisində yerləşən “National Prime hospital” klinikasının həkimi 99 CZ 808 dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobilini yolun ortasında park edərək, həmin yolun sonunda yerləşən “Avto təmir mərkəzi”nin giriş və çıxışına çətinlik yaradıb.

Klinikanın ətrafında xüsusi park yeri olsa da sürücü avtomobilini yolun ortasında rahatca saxlayaraq gedib. 

“Avto təmir mərkəzi”nin isşçiləri YPX.AZ-a bildiriblər ki, həkimin hər zaman avtomobil park etdiyi yerdə kimsə avtomobil parkladığı üçün o, “prinsip”ə düşərək bu yola əl atıb. 

YPX.AZ-ın müxbiri məlumat almaq üçün klinikaya yaxınlaşmaq istəsə də mühafizəçi olduğunu təxmin etdiyimiz şəxs məlumat alıb xəbər verəcəyini müxbirimizə bildirib. Daha sonra klinikadan vəzifəsinin nə olduğunu açıqlamayan bir şəxs müxbirimizə bildirib ki: 

“Bu işlərə dayanacağa nəzarət edən işçinin baxdığını, ondan məlumat alınmalı olduğunu bildirib”. 

Dayanacaq nəzarətçisi isə həkimin əməliyyata tələsdiyini və buna görə avtomobili yer olmadığı üçün yolun ortasında saxladığını bildirib. O, dəfələrlə həkimə xəbər verilsə də hələ avtomobil üçün kiminsə yaxınlaşmadığını da qeyd edib.

Nə düşünürsən?