Diqqətsiz sürücü YDM-də “tapança” çıxarılmamış avtomobili sürdü

  • 24.02.2020
  • 183 baxış
  • 0

Bakıda yanacaq doldurma məntəqəsində “tapança”nın çıxarılmasını gözləməyən diqqətsiz sürücü avtomobilini idarə edərək şlanqı yerindən qopartd.

 

YPX.AZ xəbər verir ki, YDM-də avtomobilinə yanacaq dolduran sürücü, yanacaq doldurulduqdan sonra operator “tapança”nı avtomobilin benzin çənindən çıxarmamış avtomobili idarə etməyə başlayıb. Bu zaman tapançanı da özü ilə aparan sürücü “tapança”nın şlanqını dartaraq kökündən qırıb.

 

Bu hadisə YDM-də olan nəqliyyat vasitələrindən birinin video qeydiyyatçısı tərəfindən qeydə alınıb.

 

Həmin görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?