Paytaxt yollarında “protiv” getmə xəstəliyi

  • 24.02.2020
  • 0

Paytaxt Bakıda sürücülərin tərgitmək istəmədiyi “xəstəlik”lərindən biri də yolda sıxlıq olan kimi əks yola çıxaraq qarşıdan gələn nəqaliyyat vasitələrinə təhlükə və çətinlik yaratmalıdır.

YPX.AZ-ın sizlərə təqdim edəcəyi video materialda Bakının iki fərqli küçəsində sürücülərin əks yola çıxaraq hərəkət etmələrini və bununla da digər avtomobillərə mane olmalarını görəcəksiniz.

Telnov ilə Asif Əsədullayev küçələrində demək olar ki, hər gün belə halla rastlaşmaq mümkündür. Yolda sıxlıq yaranan kimi sürücülər əks yol ilə hərəkət etməyə başlayaraq həm qaydaları pozur həm də digər nəqliyyat vasitələrinə çətinlik yaradırlar.

Qeyd edək ki, Asif Əsədullayev keçəsinin videoda əks olunan hissəsində boydan boya, Telnov küçəsinin isə bir çox hissəsində iki əks istiqamətli hərəkət zolağını bir birindən ayıran 1.1 nişanlanma xətti və ya yolda quraşdırılmış 3.20 ötmə qadağandır nişanı bu küçələrdə ötmə əməliyyatını qadağan edir.

Nə düşünürsən?