"Kalima" İspaniyada uçuşların dayanmasına səbəb oldu

  • 24.02.2020
  • 0

Böyük Sahara qum fırtınası Kanar adalarında uçuşların dayanmasına səbəb olub.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, İspaniya səlahiyyətliləri, təyyarələrin digər istiqamətlərə yönləndirildiyini və uçuşları dayandırdıqlarını söyləyiblər.

Saatda 120 kilometrə çatan külək səbəbindən məktəblər bağlı elan edilib.

Yerli olaraq "kalima" olaraq bilinən fırtına səbəbindən azı 822 uçuş təxirə salınıb.

Bazar gecəsi İspaniya nəqliyyat naziri Jose Luis Abalos, Kanar adalarında belə pis hava şəraiti heç vaxt görmədiyi yazıb. 

Nə düşünürsən?