“Koronavirus Azərbaycanda” adı ilə paylaşılan video əslində nədir?

  • 24.02.2020
  • 0

Qonşumuz İranda koronavirusun yayılması və artıq ölüm faktlarının olması hər kəsdə narahatçılıq yaradır. Ancaq saxta xəbərlərlə insanları qorxutmaq, yanlış məlumatlar vermək qətiyyən yolverilən deyil.

YPX.AZ xəbər verir ki, sosial şəbəkələrdə koronavirusundan olduğu deyilən, uşaqların xəstəxənada ağrılar içində video qeydə alındığı materialın Azərbaycan olduğu xəbəri yayılıb. Bu isə qətiyyən həqiqəti əks etdirmir. 

İlk növbədə qeyd edək ki, video İran İslam Respublikasında qeydə alınıb və 10 fevrala aid olunduğu iddia edilsə də haqqındə “Twitter”-də yazılanlardan başqa heç bir məlumat yoxdur. 

Bu kimi saxta məlumatları ölkəmizdə yayan bir nəfərin isə artıq saxlanıldığı, tənbeh edilərək sərbəst buraxıldığı xəbərləri KİV-də yayılıb.

Səhiyyə Nazirliyindən “İTv Xəbər”ə verilən məlumata görə Azərbaycanda korona virusuna yoluxma vaktı qeydə alınmayıb.

Oxucularımızı diqqətli olmağa, rəsmi olmaya saxta xəbərlərə inanmamağa çağırırıq.

Nə düşünürsən?