Azərbaycanlı həkim KORONAVİRUSLA BAĞLI HƏR ŞEYİ AÇDI: Mütləq şəkildə…

  • 24.02.2020
  • 0

Azərbaycanlı həkim KORONAVİRUSLA BAĞLI HƏR ŞEYİ AÇDI

 

"Koronavirus heyvanlardan insanlara keçən zoonoz tipli viruslardandır. Xəstəlik ilk dəfə 1960-cı ildə ümumi soyuqdəyməsi olan xəstələrin burun boşluğunda tapılıb. Koronavirus yuxarı tənəffüs yollarında iltihab prosesi yaradan respirator xarakter daşıyır və 10-a yaxın ştamı var”.


oxu24.com   bildirir ki, bu sözləri Publika.az-a professor Adil Qeybulla deyib.


Professor bildirib ki, virusa ciddi yanaşılmalıdır: "Çünki hava-damcı yolu ilə yayılan xəstəlik təmas zamanı da yoluxa bilir. Virus yayılmağa meyilli olduğu üçün hər bir ölkədə karantin tədbirləri görülməlidir. Eyni zamanda karantin zonalarına güclü nəzarət olmalıdır”.