90-lıq yolda hər kəs “protiv” gedir, nəzarət edən yoxdur

  • 24.02.2020
  • 0

YPX.AZ xəbər verir ki, Sumqayıt maşın bazarına gedən yolda, yerüstü piyada keçidinə çatmamış bir çox nəqliyyat vasitələri, hərəkətin əksi istiqamətində hərəkət edirlər. Yolun hərəkətin intensiv olduğu bu hissəsində sürücülər tez-tez əks yola çıxaraq qaydaları pozur, digər nəqliyyat vasitələrinə çətinlik yaradırlar.

 

Oxucumuz tərəfindən video qeydə alınan həmin yerdə bir neçə dəqiqə ərzind onlarla nəqliyyat vasitəsi hərəkətin əksi istiqamətində hərəkət edir. Yolun bu hissəsinin hər zaman belə xaotik olduğunu qeyd edən oxucumuz, bu yerdə heç bir YPX inspektorunun xidmət apararaq vəziyyətə nəzarət etmədiyini də bildirib.

 

Qeyd edək ki, sözügedən yolda hərəkət sürəti 90 km/saat dır.

 

Həmin ərazidən çəkilmiş görüntüləri sizlərə təqdim edirik:

 

 

Nə düşünürsən?