Türkiyədə dəhşətli zəlzələ - Çox sayda ölü və yaralı var

  • 24.02.2020
  • 0

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən 5,9 maqnitudalı zəlzələ nəticəsində Türkiyə ərazisində ölən və yaralananların sayı artıb.

Bu barədə ölkənin Daxili İşlər naziri Süleyman Soylu və Səhiyyə naziri Fahrettin Koca birgə açıqlama veriblər.

Bildirilib ki, Vanda 3-2 uşaq olmaqla 8 nəfər həlak olub, 21 nəfər yaralanıb. Onlardan səkkizinin vəziyyəti olduqca ağırdır.

Hazırda axtarış xilasetmə işləri davam etdirilir, dağıntılar altında qalanlar var. Hadisə baş verdiyi bölgədə 700 nəfərin yaşadığı bildirilir./publika.az

Nə düşünürsən?