İrandakı zəlzələdə ölənlərin sayı açıqlandı

  • 23.02.2020
  • 0

Saat 09:52-də Naxçıvan stansiyasından 110 km cənub-qərbdə Türkiyə-İran sərhədində, Xoy şəhəri yaxınlığında zəlzələ qeydə alınıb.


Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 3-4 bala qədər hiss edilib.


Qeyd edilir ki, 5,8 maqnitudalı zəlzələ ocağının dərinliyi 10 kilometr olub.


***


İranda baş verən güclü zəlzələ Türkiyənin Van şəhərində tələfat və dağıntılara səbəb olub.


Daxili İşlər naziri Süleyman Soylu 3-ü uşaq olmaqla 7 nəfərin dağıntılar altında qalaraq öldüyünü bildirib.


Nazir hadisə yerində AFAD əməkdaşlarının işlədiyini bildirib.


***


Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu zəlzələ nəticəsində ölənlərin sayının 8-ə çatdığını deyib.


Onun sözlərinə görə, 21 nəfər yaralı var. Yaralılardan 8-nin vəziyyəti ağırdır.


Van valisi Məhməd Əmin Bilməz dağıntılar altında qalanların daha olmadığını deyib.


***


Vandakı zəlzələ nəticəsində ölənlərin sayı 9-a çatıb.


Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Xoca məlumat verib.


"9 vətəndaşımız həlak olub, 37 yaralımız var. Vəziyyəti ağır olan 9 yaralımız üçün hər cür səy göstəririk”, - nazir bildirib.

Nə düşünürsən?