Əks yola çıxan avtomobilin qəza anı

  • 23.02.2020
  • 0

Türkiyədə idarə etməni itirən sürücü əks yola çıxaraq əvvəlcə avtomobili daha sonra yol kənarında olan piyadanı vurub.


YPX.AZ xəbər verir ki, hadisə Kastamonuda Karabük adlı ərazidə qeydə alınıb.

 

Verilən məlumata görə, Karabük istiqamətində hərəkət edən 78 AAG 045 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün sükan hakimiyyətini itirməsindən sonra Yunuk Başaran istiqamətində Karabükdən Safranbolu istiqamətinə gedən 37 HH 865 dövlət qeydiyyat nişanlı avtomobili vurduqdan sonra Şehit Ataşe Reşat Bulvarında əks istiqamətdə hərəkət edib. Toqquşmanın təsiri ilə uçan 78 AAG 045 dövlət qeydiyyat nişanlı avtomobil yol kənarında olan piyada Özgün Ünalı vurub.


Qəzada yaralanan 4 nəfər yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Sürücülərdən biri həyatını itirib.


Qəza anı ətrafdakı təhlükəsizlik kameralarına düşüb. Görüntülərdə 78 AAG 045 dövlət qeydiyyat nişanlı avtomobilin əks hərəkət zolağına keçərək avtomobili və piyada vurduğu əks olunub.

Nə düşünürsən?