22 fevrala olan hava xəbərdarlığı

  • 22.02.2020
  • 0

Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti hökm sürəcək, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə bildirilib ki, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu  gecə 4-7, gündüz  8-11, Bakıda  gecə 5-7, gündüz  8-10 dərəcə  isti olacaq. 

Rayonlarda da əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Bəzi yerlərdə duman, gecə və səhər şərq rayonlarında çiskin olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 4-8, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  6-11 dərəcə isti  olacaq.

Nə düşünürsən?