83 yaşlı nənəni basdırmağa hazırlaşırdılar dirildi

  • 22.02.2020
  • 0

Ukraynanın Vinnitsa şəhərində 83 yaşlı Kseniya Didux sözün əsl mənasında ölümdən qayıdıb.


BiG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, yaşlı qadın heç bir həyat əlaməti vermədən 10 saat xəstəxanada keçirib. Cihazlar nəbzin və təzyiqin olmadığını göstərib. Hətta kardioqrammada düz xətt gedib.


Həkimlər xəstənin qohumlarına artıq cənazə işlərinə başlamağı məsləhət görüb.


Dəfn mərasiminə hazırlıqlar görülüb, qəbir qazılıb. Hər şey hazır olduğu an qadın ayılıb. Həkimlərin sözlərinə görə, o, iki dəfə kliniki ölüm keçirib.


Kseniyanın özü, keşiş olan ərinin duaları sayəsində həyata qayıtdığını hesab edir.

Nə düşünürsən?