Türkiyəni dəhşətə gətirən hadisənin görüntüləri yayıldı

  • 22.02.2020
  • 0

Türkiyə gündəminə səs salan hadisənin video görüntüləri paylaşılıb.

YPX.AZ xəbər verir ki, hadisə İstanbulda Şişli adlanan ərazidə baş verib.

Belə ki, uşağın zibil qutusuna atılması anlarını əks etdirən təhlükəsizlik kamerası görüntüləri paylaşılıb. 

Səhər saatlarında qutuları boşaldan bələdiyyə işçiləri bir müddət sonra maşından uşaq səsinin gəldiyini eşidir və maşını saxladıqda zibillərin arasında polietilen paketdə atılan uşağı görürlər. İşçilər dərhal uşağı yaxınlıqdakı xəstəxanaya aparır. İlkin yoxlamalardan keçən uşağın vəziyyətinin yaxşı olduğu bildirilib. 

Polis təcili axtarış tədbirləri təşkil edib və video görüntülər araşdırılır.

Hadisədən olan video görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?