Pele heykəli barədə: Məndən xeyli gözəldir

  • 22.02.2020
  • 0

Əfsanəvi braziliyalı futbolçu, yeganə üçqat dünya çempionu Edson Arantes di Nasimento və ya sadəcə Pele Braziliya milli futbol komandasının muzeyində əbədiləşdirilib. Onun şərəfinə mum heykəl hazırlanıb.

"Sport24" xəbər verir ki, Pele özü heykəlin açılış mərasimində iştirak edə bilməyib, lakin Braziliya Futbol Konfederasiyasının nümayəndələri özləri onun evinə gələrək əlamətdar hadisə barədə məlumat veriblər. 

"Heykəl məndən daha gözəldir", - deyə 79 yaşlı braziliyalı söyləyib: "Gələcək nəslə bu cür xoş mesajlar və xatirələr buraxmaq fürsəti Allahın əla bir hədiyyəsidir. Hal-hazırda sağlamlığım üçün hər kəsə və Allaha ürəkdən təşəkkür edirəm."

Xatırladaq ki, məşhur futbolçunun oğlu Edino atasının depresiya vəziyyətində olduğunu, evdən çıxmadığını və təkrarlanan həyat tərzi keçirdiyini söyləyib. Keçmiş futbolçu özü oğlunun məlumatlarını təkzib edib.

Nə düşünürsən?