Çörək zavodu direktorunun otağından dörd min manat oğurlanıb

  • 22.02.2020
  • 0

Bakıda çörək zavodunun direktorunun otağından qeyri-aşkar şəraitdə oğurluq edən şəxs saxlanılıb. 


Oxu.Az-ın əldə etdiyi məlumata görə, yanvarın 11-də Yasamal rayon ərazisində yerləşən çörək zavodunun direktorunun xidməti otağından dörd min manat oğurlanıb.


Faktla bağlı “102 Zəng Xidməti”nə müraciət daxil olub.


Həmin müraciət əsasında Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər CM-nin 177, 180, 185-ci maddələri ilə məhkum olunmuş Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü E.Həsənov müəyyən edilərək saxlanılıb.

Nə düşünürsən?