Göygöldə evdən oğurluq edən dəstə saxlanıldı

  • 21.02.2020
  • 0

Göygöldə evdən oğurluq edən şəxslər saxlanılıb. Onlar oğurladıqları avadanlıqıarı satsalar da polisdən yayına bilməyiblər.

Həmkəndillərinin evindən oğurluq ediblər.

Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində keçən həftə rayonun Yeni Zod kəndindəki evdən oğurluq edən şəxslər saxlanılıb.

Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, rayon sakinləri, 31 yaşlı Xəyal Orucov, 28 yaşlı Elvin Məmmədov, 35 yaşlı Ərşad İsmayılov və əvvəllər məhkum olunmuş Təbriz İsmayılov həmkəndlilərinin evinə gizli yolla daxil olaraq həyətyanı sahədən 2000 manat dəyərində su mühərrikini və 650 manat dəyərində qaynaq aparatını oğurlayıblar.

Saxlanılanlar şəxslər əməllərindən peşmanlıq hissi keçirdiklərini bildiriblər.

Polis saxlanılan şəxslərin başqa oğurluqlarda əlinin olub-olmadığını araşdırır.

Nə düşünürsən?