Bakı Yol Polisi: Təhlükəsizliyimizi birgə təmin edək

  • 21.02.2020
  • 0

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yol qəza hadisələrinin aşağı düşməsi və bununla bağlı təbliğat işinin gücləndirilməsi məqsədi ilə sosial çarxı sizin diqqətinizə təqdim edir. Eyni zamanda sosial çarxın çəkilişində iştirak edən rejisorlara, aktyorlara öz təşəkkürünü bildirir.

YPX.AZ xəbər verir ki, sosial çarxın hazırlanmasında əsas məqsəd piyadaları yollarda diqqəti olmağa təşviq etmək, qəzaların qarşısını almaqdır. 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov piyadaların iştirakı ilə baş verən qəzaların üçdə birinin piyad məsuliyyətsizliyi ucbatından olduğunu bildirib. Bu yönümdə hazırlanmış maarifləndirici video çarxı təqdim edən polkovnik bildirib ki: 

“Yol Hərəkəti haqqında Qanunun tələbi pozulursa yol polisləri tərəfindən inzibati tənbeh tədbirləri həyata keçirilir ki, təhlükəsizlik təmin edilsin. Lakin yol hərəkətində təhlükəsizliyin tam təmin edilməsi üçün hər bir hərəkət iştirakçısı diqqətli olmalıdır və düşünməlidir ki qaydaları öyrənmək, əməl etmək və başqalarından da bunu tələb etmək lazımdır. Beləliklə də minlərlə insanın yol nəqliyyat hadisələrindən həyat və sağlamlığının qorunmasında cəmiyyətimizin heç bir üzvü kənarda qalmamalıdır.”

Həmin maarifləndirici video çarxı sizlərə təqdim edirik:

Nə düşünürsən?