Valideynlərə İsrailin ölümcül məktəb oyunu ilə bağlı xəbərdarlıq etdilər

  • 21.02.2020
  • 0

Rusiyada valideynlərə İsraildə məşhur olan ölümcül məktəb oyunu ilə bağlı xəbərdarlıq edilib. Bu oyun barədə məlumatlar WhatsApp messencerindəki valideyn qruplarında paylaşılır.


Mesajlara əlavə olunan videoda görünür ki, üç şagird bir-birinin yanında dayanır. Əvvəlcə kənarda dayanan ikisi yuxarı tullanır, sonra ortada dayanan. Ortada dayanan tullanan anda kənardakılar onun ayağndan vuraraq yıxırlar və uşağın başı zərblə yerə dəyir. 


Oyunun bütün dünyada yayıldığı və bir çox uşağın bu səbəbdən ölümcül kəllə-beyin travması aldığı qeyd olunur. Valideynlər videoçarxı uşaqlara göstərmələrini və belə bir oyunun təhlükələri barədə xəbərdarlıq etmələrini, mesajı yaymalarını tövsiyə edirlər.

Nə düşünürsən?