Əks yolda təhlükə saçan "Kamikadze" taksinin görüntüləri

  • 21.02.2020
  • 0

Masazır qəsəbəsində əks yola çıxaraq hərəkət edən taksi sürücüsü kobud qayda pozuntusuna yol verib.

 

YPX.AZ xəbər verir ki, qəsəbənin Əliağa Vahid küçəsi ilə hərəkət edən (Arza marketin qarşısı) dövlət qeydiyyat nişanlı “Lada 2115” markalı avtomobili idarə edən sürücü, avtomobili əks yola çıxaraq qarşıdan gələn digər nəqliyyat vasitəsinin üzərinə doğru sürüb. Son anda öz yoluna qayıtmayan sürücü hadisəni video qeydə alan nəqliyyat vasitəsinin sağından keçərək hərəkətini davam etdirib.

 

Bu təhlükəli anlar qayda pozuntusuna yol verən sürücü ilə üz üzə gələn nəqliyyat vasitəsinin video qeydiyyatçısı tərəfindən qeydə alınıb.

 

Həmin görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?