YPX qaydaları pozub ya yox?

  • 21.02.2020
  • 0

YPX.AZ xəbər verir ki, sosial şəbəklərdə 99 YP 693 dövlət qeydiyyat nişanlı xidməti avtomobili idarə edən YPX inspektorunun əks yola dönmə əməliyyatı edərkən qaydaları pozduğunun iddia edildiyi video görüntü yayılıb.

Belə ki, YPX inspektoru hərəkət etdiyi zolaqdan yolun əks hərəkət zolağına dönmə əməliyyatı edir. İddia edilir ki bu zaman inspektor qayda pozuntusuna yol verib.

Aperativ nəqliyyat vasitələri qırmızı və ya göy sayrışan işıq və xüsisi səs siqnalından istifadə etməklə qanunla qadağan edilmiş yerlərdə dönmə əməliyyatı icra edə bilər. Sözü gedən xidməti avtomobilin sürücüsü də sayrışan işıqlarını qoşub, yolun arxa hissəsindən ona yaxınlaşan avtomobil ilə ara məsafəsi var və əks tərəfdən gələn avtomobilə uzaq vuran işıqlarla işıq siqnalı verərək yol istəyir. Digər avtomobil ona yol verir ancaq bu zaman ani tormozlanma etmir. 

Qeyd edək ki, bizə göndərilən videonun üzərinə musiqi əlavə olunduğu üçün xüsusi səs siqnalından istifadə edib etmədiyi aydın olmur. 

Bu videoya əsasən inspektoru qanun pozuntusu ilə qınamaq qərəzli yanaşmadır.

Nə düşünürsən?