Ukraynada Çindən gələnləri daşa basdılar, qarşıdurma yarandı

  • 21.02.2020
  • 0

Ukrayna vətəndaşlarının Çindən ölkələrinə qayıtmaları yerli əhali arasında əsl isteriyaya səbəb olub.

Azvision.az xəbər verir ki, təxliyə olunan ukraynalılar Poltava əyalətində karantinə alınmalı idilər. Bu səbəbdən yerli sakinlər qarşıdurma yaradıb. Etirazçılar yolu bağlayıblar, daha sonra evakuasiya edilmiş vətəndaşların olduqları avtobuslara daş atıblar. Onlar tibb məntəqəsini insanlarla birlikdə yandırmaqla hədələyiblər.

Vəziyyəti nizamlamaq üçün Ukraynanın Daxili İşlər Nazirliyi hadisə yerinə daxili qoşunları və hərbi texnikalar cəlb edib. Daxili İşlər naziri Arsen Avakov da hadisə yerinə gəlib.

Nə düşünürsən?