Darda qalan xanım sürücünün köməyinə YPX çatdı

  • 20.02.2020
  • 0

YPX inspektorları yolda qalmış sürücüyə yanacaq alıb, avtomobilini işə salmağa kömək ediblər.


YPX.AZ xəbər verir ki, Heydər Əliyev prospekti ilə üzü şəhər istiqamətində, Koroğlu m/st-nın yaxınlığında xanım sürücünün idarə etdiyi “Mercedes” markalı avtomobil yanacağı bitdiyi üçün yolda qalıb. Bu zaman xanım sürücünün köməyinə 99 YP 341 dövlət qeydiyyat nişanlı xidməti avtomobildə xidmət aparan inspektorlar çatıblar.


Belə ki, YPX inspektorları yanacaq alıb, elektrik enerjisi bitmiş avtomobilə öz xidməti avtomobillərindən dəstək qoşaraq onu enerji ilə təmin ediblər. Digər nəqliyyat iştirakçılarının sürücüləri və YPX inspektorlarının köməklik göstərdiyi xanım sürücü problem həll edildikdən sonra yoluna davam edib.


YPX.AZ-ın əldə etdiyi məlumata görə, xanım sürücüyə köməklik edənlər Bakı şəhər BPİ DYPİ-nin serjantları Həsənalıyev Sənan və Məmmədov Ramiz olublar.

Nə düşünürsən?