Rusiya Türkiyə ordusuna zərbələr endirdi: İki şəhid var

  • 20.02.2020
  • 0

Türkiyə Milli Müdafiə Nazirliyi Suriyada keçirilən hərbi əməliyyatlarla bağlı məlumat yayıb.


Oxu24.com -un Türkiyə Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, 5 əsgər yaralanıb.


Suriyanın şimalında, İdlib vilayətində Türkiyə ordusunun 2 əsgəri şəhid olub.


Bu arada, Rusiyanın “Su-24” qırıcı təyyarələri Suriyanın İdlib vilayətini bombalayıb. Bu barədə Suriyadakı münaqişə tərəflərini barışdıran Rusiya Mərkəzi məlumat yayıb.


Məlumatda Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus “Su-24” qırıcı təyyarələrinin İdlibdə terrorçuların mövqelərinə zərbələr endirdiyi bildirilib.


Qeyd olunub ki, Rusiyanın bu mövqeləri bombalaması Suriya ordusuna hücumları dəf etməyə imkan verib.


Məlumatda o da vurğulanıb ki, aviazərbələr nəticəsində terrorçuların 6 zirehli və 5 ədəd pikap avtomobili məhv edilib.

Nə düşünürsən?