Muğamın Arifi 82 yaşını qeyd edir

  • 20.02.2020
  • 0

Azərbaycan muğam sənətinin görkəmli nümayəndələrindən biri, Xalq artisti, "şöhrət", "istiqlal" və "şərəf" ordenli Arif Babayevin bu gün doğum günüdür. O, 1938-ci ildə Ağdamın Sarıhacılı kəndində dünyaya göz açıb, elə uşaqlığından da çox sevdiyi xanın muğamına vurulub. Əməkdaşlarımız bu özəl günündə Arif Babayevin evində qonaq olub, onunla söhbətləşiblər. Maraqlı söhbət alınıb...


"Mən elə bilirəm o ölsə, Ağdam öləcək" deyir ağdamlı bir pərəstişkarı. Xalqın gözündə sənətkara verilən dəyər bundan yüksək ola bilməz. Vətən torpağına bir tutur xalq sənətkarını. Ona olan həsrəti də elə Vətən boyda olur.


Bu gün Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan səhnəsinin Məcnunu, muğamın havalanan səsi, xanəndə Arif Babayevin 82 yaşı tamam olur.


Səhhətindəki problemlərə baxmayaraq, Arif müəllim bizi qapıda qarşılayır.


Səs Allahın seçilmişlərə vergisidir. O da ona verilən nemətin fərqinə varan gündən oxumağa başlayıb. Böyük səhnələrə gedən yol da elə o gündən, həm də kəndlərindəki ağaclardan başlayıb.


O zəngulələrin sahibi ifa edəndə nə hiss edir, görəsən? Dinləyicini göyün yeddinci qatına qaldıran hisslərin kökü hara dayanır? Hər oxunan muğamdımı? Ustad suallarımızı gözümüzdən oxuyur:


Siz muğam oxuyanda bizim də gözümüzün qabağına Qarabağın bülbülləri gəlir, Xan oxuyur, Şuşanın dağları yaşıl örpəyə bürünür, Arif müəllim. Qoy sizin səsiniz zirvələrdən heç enməsin! Ad gününüz mübarək olsun, muğamın Arifi!

Nə düşünürsən?