Azərbaycan və İtaliya prezidentlərinin görüşü olub

  • 20.02.2020
  • 0

İtaliyada dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 20-də Romada rəsmi qarşılanma mərasimi keçirilib.

APA TV xəbər verir ki, Prezident İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Romanın Kuirinale Sarayına gəlib.

Azərbaycanın dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliya Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella qarşılayıblar.

Azərbaycanın və İtaliyanın dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına raport verib.

Azərbaycan və İtaliya prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, İtaliya Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella birgə foto çəkdiriblər.

Azərbaycan nümayəndə heyəti İtaliya Prezidentinə, İtaliya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarella ilə təkbətək görüşü olub.

Təkbətək görüş başa çatandan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Geniş tərkibdə görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarella mətbuata bəyanatlarla çıxış ediblər.

Nə düşünürsən?